
“Qalatasaray” klubu “İnter”in yarımmüdafiəçisi Davide Frattezini transfer etməyi planlaşdırır.
Sport1.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marçio məlumat yayıb. İstanbul təmsilçisi italiyalı futbolçunu icarə əsasında heyətinə qatmaq və sonradan məcburi satınalma maddəsi ilə transferi rəsmiləşdirmək niyyətindədir. Sözügedən keçid üçün nəzərdə tutulan məbləğin 35 milyon avroya yaxın olduğu bildirilir.
Qeyd olunur ki, bu formul “İnter” rəhbərliyini də qane edir. Milan klubu futbolçunu şərtlərə bağlı olmayan, zəmanətli satışla komandadan göndərmək istəyir.