son dəqiqə SON DƏQİQƏ
Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri

Seneqallı futbolçu “Qarabağ”a gəlir? – ÖZÜ AÇIQLADI

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 29-12-2025, 13:56

“Qarabağ”ın Belçikanın 2-ci liqa təmsilçisi “Lyej”də çıxış edən Umar Diufla maraqlandığı barədə məlumat vermişdik.


Sport1.az xəbər verir ki, adıçəkilən ölkənin “Walfoot” nəşri seneqallı hücumçunun gələcəyi ilə bağlı yeni detalları yayıb. Məlumata görə, Diuf hazırda bir neçə Avropa klubunun diqqət mərkəzindədir və ona olan maraq artmaqdadır.


Futbolçu isə transfer mövzularına birbaşa qarışmadığını bildirib. Diuf qeyd edib ki, bu məsələlər agenti tərəfindən idarə olunur və o, hazırda bütün diqqətini mövsümün qalan oyunlarına yönəldib:


“Transferlə bağlı konkret məlumatım yoxdur. Bu işlə agentim məşğul olur. Mən isə diqqətimi oyunlara cəmləmişəm. Müəyyən söz-söhbətlərin olduğunu eşidirəm, amma buna sakit və təzyiqsiz yanaşıram. Ambisiyalarım var, əsas məqsədim inkişaf etmək və hər gün bir addım irəli getməkdir”.


Qeyd edək ki, daha əvvəl mətbuatda “Qarabağ”ın Umar Diuf üçün “Lyej” klubuna 1,2 milyon avro məbləğində təklif göndərdiyi iddia olunmuşdu.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR