
“Milan” qapıçısı və kapitanı Mik Menyanla bağlı qərar verib.
Sport1.az xəbər verir ki, A Seriyası təmsilçisi fransalı qolkiperə yeni və uzunmüddətli müqavilə təklif edib. “Football Italia” nəşrinin məlumatına görə, klub əsas oyunçusunu komandada saxlamaq niyyətindədir və ona mövsüm üçün bonuslar xaric təxminən 7 milyon avro maaş təklif olunur.
Hazırkı sözləşməsi 2026-cı ilin iyununa qədər qüvvədə olan Menyana 2029-cu ilə qədər müqavilə, əlavə olaraq 2030-cu ilə uzadılma opsiyası təqdim edilib. Alternativ olaraq birbaşa 2030-cu ilə qədər nəzərdə tutulan anlaşma variantı da masadadır. Bildirilir ki, mümkün əvəzetmə namizədləri yalnız fransalı qolkiper yeni təklifi qəbul etmədiyi halda nəzərdən keçiriləcək.
Qeyd edək ki, Mik Menyan cari mövsümdə “Milan”ın heyətində 18 rəsmi oyunda meydana çıxıb və bu görüşlərin 8-də qapısını toxunulmaz saxlayıb.