
Duşan Vlahoviç İtaliyada komandasını dəyişə bilər.
Sport1.az xəbər verir ki, serbiyalı ilə "Milan" yaxından maraqlanır. "Rossoneri" rəsmiləri artıq oyunçunun agenti ilə görüşüb. Klubun idman direktoru İqli Tare şəxsən onunla müqavilə imzalamaqda maraqlıdır.
Qeyd edək ki, Duşan Vlahoviç bu mövsüm 17 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Hücumçunun "Yuventus"la müqaviləsi mövsümün sonunda başa çatacaq.