Premyer Liqada antirekord

Bölmə adı Futbol
Yayımlandı 3-04-2025, 16:54

David Moyes İngiltərə Premyer Liqasında antirkorda imza atıb.

Sport1.az xəbər verir ki, o, müxtəlif klubların baş məşqçisi kimi ardıcıl 20-ci səfər oyununda “Liverpul”a uduzub.

Bu, XXX turun matçında rəsmiləşib. Onun rəhbərlik etdiyi “Everton” Liverpul derbisində 0:1 hesabına üzülüb. Moyes Premyer Liqa tarixində eyni rəqibə ardıcıl 20 səfərdə uduzun ilk baş məşqçi olub.

Müəllif: Sport1.az