son dəqiqə SON DƏQİQƏ
"Şəki" çempionatdan uzaqlaşdırıldı, onları əvəzləyəcək klub bəlli oldu "Orada əsas klub futboludur, milli komandaya böyük təzyiq yoxdur" Şahmat Olimpiadası: Yığma komandalarımız üçün növbəti sınaq Millimizin oyunlarının biletləri 3 manatdan satışa çıxarılıb "Araz-Naxçıvan" baş məşqçi postuna legioner çalışdırıcı gətirir "Avropaya qayıtmaq istəyirdim" Boksçularımızdan biri yarımfinala, digəri 1/4 finala adını yazdırıb "Neftçi" daha bir futbolçu ilə anlaşdı Cəlal Hüseynovun komandası növbəti qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Çimərlik voleybolçularımız Avropa Çempionatında iştirak ediblər “Hypers” evdə məğlub oldu “Qaradağ Lökbatan”dan darmadağın Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır“ Cüdoçularımızdan daha 3 medal “Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı bəlli oldu “Zəngəzur”dan inamlı qələbə “Kür-Araz” - “Difai” oyununda 8 qol 4 cüdoçumuz mundialda "Şamaxı"ya məğlub olmalı deyildik, amma uduzduq və çox məyusuq" II Liqa: Bu gün 4-cü turun oyunlarına yekun vurulub Millimiz "Qəbələ" ilə heç-heçə etdi Prezident U-15 Dünya Çempionatı ilə bağlı daha bir sərəncam imzaladı "Sumqayıt"ın baş məşqçisi bəlli olub "Neftçi"nin üzvü Benin millisində Monteneqrolu hücumçu "Neftçi"də Cavid Hüseynov və Zaur İsmayılov "Araz-Naxçıvan"dan getdi "Biz bu ekosistemdəki missiyamızı şərəflə yerinə yetiririk"

Gimnaziadada iştirak edəcək boksçularımız

Bölmə adı Döyüş
Yayımlandı 3-04-2025, 12:59

Azərbaycanı Serbiyada təşkil olunacaq ISF U-15 Gimnaziada İdman Oyunlarının Multi-idman yarışlarında təmsil edəcək boksçular müəyyənləşib.

Sport1.az xəbər verir ki, bu barədə Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Kadetlərin böyük məşqçisi Vüqar Məmmədov və məşqçi Samir Məmmədov Zlatiborda keçiriləcək oyunlarda Babək Abdullayev (40 kq), Kazım Baxışov (42 kq), Azad Məmmədli (44 kq), Məmməd Həsənli (46 kq), Amin Həsənov (48 kq), İsmayıl Aslanlı (50 kq), Yusif Əli (52 kq), Nəriman Əli (54 kq), Sabir Rüstəmov (57 kq), Sərxan Haqverdiyev (63 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq), Mehran Rəsulov (75 kq) və Yusif Ağakişiyevə (80 kq) şans verəcək.

Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayevin rəhbərliyi altında isə Nəzrin Abdullazadə (38 kq), Tunca Mürşüdova (40 kq), Aişə Muradova (44 kq), Ayşən Miriyeva (46 kq), Nuray Qafarova (48 kq), Leyla Mahmudlu (51 kq), Kəmalə Həsənova (54 kq) və Xumar Cəfərli (70 kq) rinqə çıxacaqlar.

Qeyd edək ki, yarış aprelin 4-dən 14-dək keçiriləcək. Boksçuların mübarizəsinə aprelin 7-də start veriləcək və 6 gün sonra yekun vurulacaq. Komanda Serbiyaya aprelin 4-də yollanacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR