
AFFA İntizam Komitəsi II Liqada XII turun oyunları ilə bağlı qərarlarını açıqlayıb.
Sport1.az xəbər verir ki, bir sıra qarşılaşmalarda intizam pozuntularına görə klublara cərimələr kəsilib.
“Ağstafa Gəncləri” – “Qaradağ Lökbatan” matçında qonaq komandanın dörd futbolçusu sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” 70 manat cərimələnib. “Quba” – “Xankəndi” görüşündə isə altı oyunçusu xəbərdarlıq alan “Xankəndi” eyni məbləğdə cərimə olunub.
“Şirvan” – “Ağdaş” matçında meydan sahiblərinin altı futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Şirvan” klubuna 70 manat məbləğində sanksiya tətbiq edilib.
“Kür-Araz” – “Göygöl” oyununda ev sahibinin 8 nömrəli futbolçusu Cavidan Musazadə ikinci sarıdan qırmızı vərəqə alıb. O, bir oyunluq diskvalifikasiya edilib, “Kür-Araz” isə 50 manat cərimə olunub. Həmin matçda beş futbolçusu sarı vərəqə alan “Göygöl” komandasına da 70 manat cərimə tətbiq edilib.