
“Qarabağ”ın qış “transfer pəncərəsi” üçün hücum xəttində güclənmə planları davam edir.
Sport1.az Afrika mediasına istinadən xəbər verir ki, Ağdam təmsilçisi mövqeyə yeni oyunçu cəlb etmək üçün əsas namizədlərdən biri kimi Belçika “Lyej”inin forvardı Omar Diufu nəzərdən keçirir.
22 yaşlı seneqallı hücumçu həm “Sent-Trüden”in, həm də İspaniya Sequndasında çıxış edən bir neçə komandanın maraq dairəsindədir.
Diufun “Lyej”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Onun bazar dəyərinin təxminən 500 min avro olduğu bildirilir.
Qeyd edək ki, Omar Diuf cari mövsümdə “Lyej”in heyətində 17 matçda 8 qol vurub və 2 assist edib.