Kişilər arasında Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsi yekunlaşıb.
Sport1.az xəbər verir ki, bu gün ikinci oyunlar keçirilib.
Şəkidə eyniadlı komandanın qonağı olan "Sabah" ikinci oyunda da qalib gələrək finala çıxıb.
Bakı İdman Sarayında isə “Abşeron”la “Neftçi” üz-üzə gəlib. Meydan sahibləri fasiləyə üstün yollansalar da, qonaq komanda qələbə qazanaraq ikinci finalçı olub.
Qeyd edək ki, Azərbaycan çempionu “Sabah”la “Neftçi” arasında keçiriləcək oyunlarda müəyyənləşəcək.
Sport1.az