I Liqanın yeni mövsümündə çempionluğa iddialı klublardan biri də “Baku Sportinq”dir. Buzovna təmsilçisi qarşıdakı “futbol ili”nə necə hazırlaşır?
Sualımızı klubun mətbuat katibi Araz Əhmədova ünvanladıq. “Baku Sportinq” rəsmisi mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Təlim-məşq prosesimiz öz axarında davam edir. Baş məşqçimiz Elman Sultanovun rəhbərliyi altında intensiv məşqlər keçirilir. Komandamız 90-95% komplektləşib. Bizə lazım olan futbolçuların transferini reallaşdırmışıq. Amma seleksiya işlərimiz davam edir. Hazırda baxışda olan yeni oyunçular da var. Ola bilsin daha 1-2 transfer etdik. 4 hazırlıq görüşümüz olacaq. İlk matçımızı iyulun 31-də “Difai Ağsu”ya qarşı keçirəcəyik”.
MİRZƏ S.
Sport1.az