son dəqiqə SON DƏQİQƏ
Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri

Mareska "Çelsi"nin qeyri-sabit nəticələrinin səbəblərindən danışıb

Bölmə adı İngiltərə
Yayımlandı 4-12-2025, 13:25


“Çelsi”nin baş məşqçisi Enzo Mareska Premyer Liqanın 14-cü turunda “Lids Yunayted”ə 1:3 hesabı ilə uduzduqları matçdan sonra komandanın son vaxtlar göstərdiyi qeyri-stabilliyin səbəblərini izah edib.

Sport1.az xəbər verir ki, italiyalı mütəxəssis ardıcıl iki çətin oyundan sonra eyni ritmi qorumağın mümkün olmadığını bildirib.

Mareskanın sözlərinə görə, “Barselona” və “Arsenal”a qarşı son çıxışlar komandanın hər matçda eyni səviyyədə oynayacağı anlamına gəlmir:

“Son iki oyunda göstərdiyimiz performansa baxanda daha yaxşı nəticə gözləyirdik. Amma ay ərzində “Arsenal” və “Barselona”ya qarşı yaxşı oynamağımız o demək deyil ki, hər dəfə eyni səviyyədə çıxış edə biləcəyik. Bəzi situasiyalar buna imkan vermir. Elə futbolçularımız var ki, onları hər iki-üç gündən bir meydana buraxmaq mümkün deyil”.

Baş məşqçi həmçinin heyətdəki dəyişikliklərin təsirindən də danışıb:

“Oyunçuları dəyişəndə səviyyə aşağı düşür. Bu, reallıqdır. Çünki həmin futbolçular bizim üçün çox önəmlidirlər və istənilən komanda üçün də vacib oyunçu ola bilərlər”.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR