son dəqiqə SON DƏQİQƏ
Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri

“Liverpul”un qərarı: Klopp niyə gündəmdə deyil?

Bölmə adı İngiltərə
Yayımlandı 30-11-2025, 14:19


“Liverpul”un mövsümün bu mərhələsində qeyri-sabit çıxışına baxmayaraq, klub rəhbərliyinin Yurgen Kloppun mümkün qayıdışını gündəmə gətirməsi real sayılmır.

Sport1.az The Telegraph-a istinadən xəbər verir ki, bunun bir neçə səbəbi var.

Əvvəla, alman mütəxəssislə klub rəhbərliyində yer alan Maykl Edvards və Culian Uord arasında vaxtilə yaranmış fikir ayrılıqları hələ də tam aradan qalxmayıb və bu, ehtimalı zəiflədən əsas məqamlardandır.

Digər tərəfdən, “qırmızılar”ın rəhbərliyi komandanın çətin dövrünü anlayır və həm futbolçuların, həm də məşqçilərin müəyyən eniş yaşayacağını normal qəbul edir. Bu, Arne Slotun baş məşqçi postunda davam etməsi üçün səbəblərdən biri kimi göstərilir. Üstəlik, klub 2024-cü ilin yayında niderlandlı mütəxəssisi “Feyenoord”dan vaxtından əvvəl ayırmaq üçün 8 milyon funt sterlinq ödəyib.

Bildirilib ki, Klopp hazırda baş məşqçilik etməsə də, “Leyptsiq”də beynəlxalq əlaqələr direktoru kimi çalışır.

Xatırladaq ki, alman mütəxəssis “Liverpul”u 2015–2024-cü illər arasında idarə edib. Premyer Liqanın cari mövsümündə mersisaydlılar 12 turdan sonra 18 xalla 13-cü pillədə qərarlaşıb.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR