
"Borussiya"nın hücumçusu Serh Qirassi yayda klubu tərk edə bilər.
Sport1.az xəbər verir ki, qvineyalı forvardın müqaviləsində yer alan 50 milyon avroluq sərbəstqalma bədəli əlçatan olacaq.
Qeyd edəj ki, 29 yaşlı futbolçu ilə "Barselona" yaxından maraqlanır. Kataloniya klubu onu Levandovskinin əvəzləyicisi kimi görür.