son dəqiqə SON DƏQİQƏ
UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı

“Çelsi”nin sabiq əməkdaşını 10 ilədək həbs gözləyir

Bölmə adı İngiltərə
Yayımlandı 29-11-2025, 13:49


“Çelsi”də maliyyə qalmaqalı üzə çıxıb.

Sport1.az Goal-a istinadən xəbər verir ki, klubun xəzinədarlıq şöbəsinin sabiq köməkçisi Kler Uolş 2019–2023-cü illər ərzində maliyyə hesablarına çıxış imkanından sui-istifadə edərək 208 min 521 funt sterlinq məbləğində vəsaiti mənimsədiyi üçün məhkəmə qarşısına çıxarılıb.

İstintaq materiallarında onun dörd il ərzində klubun daxili ödəniş sistemindən şəxsi məqsədlərlə istifadə edərək vəsaitləri öz hesablarına yönəltdiyi bildirilir.

Ziyanın yüksək məbləğdə olması səbəbindən iş Vestminster məhkəməsindən İzlurdakı Kral Məhkəməsinə göndərilib. Britaniya qanunvericiliyinə görə, etimaddan sui-istifadə yolu ilə törədilən bu tip dələduzluq 10 ilədək həbs cəzası ilə nəticələnə bilər.

Hazırda hökmün elan olunacağı tarix müəyyənləşdirilməyib. Prokurorluq hadisəni yüksək kateqoriyalı pozuntu kimi qiymətləndirir və real həbs cəzasının mümkün olduğunu bildirir.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR