
“Real Madrid”in hücumçusu Kilian Mbappe Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Olimpiakos”la görüşdə şəxsi rekordunu yeniləyib.
Sport1.az xəbər verir ki, fransalı forvard səfər matçında vurduğu dörd qolla komandasının 4:3 hesablı qələbəsində əsas rol oynayıb. Bu poker Mbappenin cari mövsümdə Çempionlar Liqasındakı qol sayını 9-a çatdırıb və onun şəxsi rekordunu qırmasına səbəb olub.
Ulduz futbolçunun əvvəlki maksimum göstəricisi 8 qol idi. Mbappe həmin rəqəmə iki dəfə — 2020/2021 və 2023/2024 mövsümlərində PSJ forması ilə çıxış edərkən nail olmuşdu. Paris təmsilçisi hər iki halda turnirin yarımfinalına qədər irəliləmişdi.