son dəqiqə SON DƏQİQƏ
"Neftçi SOCAR" yarımfinalda Gəncədə Qərb derbisi, paytaxtda "Neftçi" "Zirə"yə qarşı "İmişli"dən çətin qələbə Qəbələdə qolsuz heç-heçə Premyer Liqa klublarının yay transferləri Güləşçilərimizdən Dünya Seriyasında 7 medal Fərid Namazov: “Məni narazı salan yeganə məqam…” Zaur Həşimov: “Komandamın oyunundan narazı qalmadım Millimizin üzvü oynadı, komandası qələbə qazandı MPL: Qəbələdə qolsuz sülh, “Şəfa” “İmişli”yə məğlub oldu Kaxaber Tsxadadze: “Çempionatda oyunların tempi artıb” Azər Bağırov: “Səhvlərimiz var” Super Liqada klubunu dəyişdi “Barselona”dan “Venesiya”ya AFFA-da 3 mühüm posta təyinat olub Coşqun Əliyev Deflimpiya çempionunu məğlub edərək “Masters Top 18”in qalibi olub “Şəfa” - “İmişli”: Premyer Liqada oynayan milli üzvü I Liqada çıxış edəcək "Şahdağ Qusar" və "Unico" arasındakı tərəfdaşlığa dair "Şəfa" ev oyunlarını bu stadionda keçirəcək "Neftçi"nin daha bir yetirməsi II Liqa klubunda forma geyinəcək Milli komandamız İstanbula yollanıb "Neftçi"nin sabiq üzvü "Şirvan"da "Sabah"ın "Napoli" ilə oyununun günü dəyişdirilə bilər "Sabah"ın Bakıda "Barselona" ilə görüşü bu tarixdə baş tutacaq "Sabah"ın Çempionlar Liqasındakı bütün qarşılaşmalarının "Neftçi"nin sabiq hücumçusu yenə də Türkiyədə oynayacaq - Qərb derbisində izdiham olacaq

"Qorxduğumuz yerdən qollar buraxdıq" – "Neftçi"nin məşqçisi

Bölmə adı Premyer Liqa
Yayımlandı 23-11-2025, 20:30

Misli Premyer Liqasında 12-ci turun son matçında "Neftçi" doğma meydanda "İmişli"yə 2:3 hesabı ilə məğlub olub.

Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın məşqçisi Mübariz Orucov jurnalistlərin suallarını cavablandırıb:

- Ötən mövsüm heyət yetərsiz göstərildi, yeni heyət yığıldı. Bəs, indi problem nədədir?

- Razıyam, nəticələrimiz ürəkaçan deyil. Oyun baxımından keçən illə müqayisədə yaxşıyıq. Amma nəticəyə təsir etmir. Çox xallar itirmişik. Bu gün də üzücü məğlubiyyət oldu. Amma yeni oyunçularımız var. Heyət tam formalaşmayıb. Keçən mövsümlə müqayisədə heyətimiz çox dəyişilib. Hələ ki uyğunlaşma prosesi gedir.

- “İmişli” ilk mövsümdür Premyer Liqada oynayır. Onlar nə danışsın?

- “İmişli” yaxşı futbol oynadı. Onlar güclü rəqiblərə qarşı motivasiya ilə oynayır. İstəkləri çox idi. Ona görə qalib gəldilər.

- İki qolu da standart vəziyyətdən buraxdız...

- Komandaya onların aut atışlarından təhlükəli olduğu haqda məlumat vermişdik. Qorxduğumuz yerdən də qollar buraxdıq.

- Artıq turnir cədvəlində “İmişli”dən də aşağıdasız. Maraqlıdır, kuboka köklənəcəksiz? Kubok daha önəmli rol oynayacaq?

- Onsuz da biz “Neftçi” olaraq çempionat və kuboka köklənmişik. Liqada işlər yaxşı getmir. Kubok qısa yoldur. Ona da köklənəcəyik. Çempionatın yarısına gəlib çatmışıq. Amma qarşıda matçlar var. 

- Hədəf nədir?

- “Neftçi”nin hədəfi həmişə çempionluqdur. Ən azından avrokuboklar hədəfimiz var. İnanırıq ki, avrokuboklara vəsiqə qazanacağıq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR