son dəqiqə SON DƏQİQƏ
"Neftçi SOCAR" yarımfinalda Gəncədə Qərb derbisi, paytaxtda "Neftçi" "Zirə"yə qarşı "İmişli"dən çətin qələbə Qəbələdə qolsuz heç-heçə Premyer Liqa klublarının yay transferləri Güləşçilərimizdən Dünya Seriyasında 7 medal Fərid Namazov: “Məni narazı salan yeganə məqam…” Zaur Həşimov: “Komandamın oyunundan narazı qalmadım Millimizin üzvü oynadı, komandası qələbə qazandı MPL: Qəbələdə qolsuz sülh, “Şəfa” “İmişli”yə məğlub oldu Kaxaber Tsxadadze: “Çempionatda oyunların tempi artıb” Azər Bağırov: “Səhvlərimiz var” Super Liqada klubunu dəyişdi “Barselona”dan “Venesiya”ya AFFA-da 3 mühüm posta təyinat olub Coşqun Əliyev Deflimpiya çempionunu məğlub edərək “Masters Top 18”in qalibi olub “Şəfa” - “İmişli”: Premyer Liqada oynayan milli üzvü I Liqada çıxış edəcək "Şahdağ Qusar" və "Unico" arasındakı tərəfdaşlığa dair "Şəfa" ev oyunlarını bu stadionda keçirəcək "Neftçi"nin daha bir yetirməsi II Liqa klubunda forma geyinəcək Milli komandamız İstanbula yollanıb "Neftçi"nin sabiq üzvü "Şirvan"da "Sabah"ın "Napoli" ilə oyununun günü dəyişdirilə bilər "Sabah"ın Bakıda "Barselona" ilə görüşü bu tarixdə baş tutacaq "Sabah"ın Çempionlar Liqasındakı bütün qarşılaşmalarının "Neftçi"nin sabiq hücumçusu yenə də Türkiyədə oynayacaq - Qərb derbisində izdiham olacaq

Premyer Liqa klubu hakimlərdən AFFA-ya şikayət edəcək – AÇIQLAMA

Bölmə adı Premyer Liqa
Yayımlandı 22-11-2025, 18:31

Misli Premyer Liqasının 12-ci turunda baş tutan “Sumqayıt” – “Qarabağ” oyunundan (2:4) sonra meydan sahibləri hakim idarəçiliyindən narazı qalıb.

Sport1.az-a danışan klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev bildirib ki, “gənclik şəhəri” təmsilçisi AFFA-ya rəsmi şikayət ünvanlayacaq:

“Artıq neçə oyundur hakimlərin bizə qarşı qərəzli qərarları müşahidə olunur. Bəzən nəticəyə təsir etməsə də, müəyyən epizodlarda ittifaq kimi görünür. Amma bir neçə matçda səhvlər açıq şəkildə nəticəyə təsir edib. Xüsusilə dünənki “Qarabağ”la oyunu qeyd etmək istəyirəm”.

Klub rəsmisi iki epizodun xüsusi narazılıq yaratdığını dedi:

“11-ci dəqiqədə Addainin Ramalinqoma qarşı hərəkəti qırmızı vərəqə ilə qiymətləndirilməli idi, amma verilmədi. 59-cu dəqiqədə isə adi oyun epizodunda müdafiəçimiz Rayon Senhaci ikinci sarıdan meydandan qovuldu. Bu, komandanın mübarizə ruhuna ciddi təsir etdi”.

Xudiyev vurğulayıb ki, “Qarabağ” kimi komandanın hakim köməyinə ehtiyacı yoxdur:

“Sadəcə istəyimiz odur ki, hakimlər ədalətli olsunlar. Rəqib komandalara qarşı daha diqqətli yanaşılsın. AFFA-ya rəsmi şikayət göndəriləcək və Hakimlər Komitəsinin obyektiv qərar verəcəyinə ümid edirik”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR