son dəqiqə SON DƏQİQƏ
"Neftçi SOCAR" yarımfinalda Gəncədə Qərb derbisi, paytaxtda "Neftçi" "Zirə"yə qarşı "İmişli"dən çətin qələbə Qəbələdə qolsuz heç-heçə Premyer Liqa klublarının yay transferləri Güləşçilərimizdən Dünya Seriyasında 7 medal Fərid Namazov: “Məni narazı salan yeganə məqam…” Zaur Həşimov: “Komandamın oyunundan narazı qalmadım Millimizin üzvü oynadı, komandası qələbə qazandı MPL: Qəbələdə qolsuz sülh, “Şəfa” “İmişli”yə məğlub oldu Kaxaber Tsxadadze: “Çempionatda oyunların tempi artıb” Azər Bağırov: “Səhvlərimiz var” Super Liqada klubunu dəyişdi “Barselona”dan “Venesiya”ya AFFA-da 3 mühüm posta təyinat olub Coşqun Əliyev Deflimpiya çempionunu məğlub edərək “Masters Top 18”in qalibi olub “Şəfa” - “İmişli”: Premyer Liqada oynayan milli üzvü I Liqada çıxış edəcək "Şahdağ Qusar" və "Unico" arasındakı tərəfdaşlığa dair "Şəfa" ev oyunlarını bu stadionda keçirəcək "Neftçi"nin daha bir yetirməsi II Liqa klubunda forma geyinəcək Milli komandamız İstanbula yollanıb "Neftçi"nin sabiq üzvü "Şirvan"da "Sabah"ın "Napoli" ilə oyununun günü dəyişdirilə bilər "Sabah"ın Bakıda "Barselona" ilə görüşü bu tarixdə baş tutacaq "Sabah"ın Çempionlar Liqasındakı bütün qarşılaşmalarının "Neftçi"nin sabiq hücumçusu yenə də Türkiyədə oynayacaq - Qərb derbisində izdiham olacaq

“Nəticə yox, komandanın xarakteri məni sevindirdi” – Çexiyaya 1:6 uduzan yığmamızın baş məşqçisi

Bölmə adı Milli
Yayımlandı 20-11-2025, 13:54

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev Maltada keçirilən Avropa çempionatının seçmə oyunlarını dəyərləndirib.

Sport1.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Abdullayev Çexiyaya 1:6 hesabı ilə məğlubiyyəti rəqibin üstün hazırlığı və qırmızı vərəqə ilə izah edib:

“Qrupdan çıxmaq istəyirdik, amma alınmadı. Çexiya onsuz da qrupun ən güclü komandası idi və bunu meydanda tam göstərdi. Üstəlik, Hikmət Cəbrayılzadənin meydandan qovulması işimizi tamam çətinləşdirdi. O, aparıcı futbolçulardan biridir və sonrakı iki oyunda da iştirak edə bilməməsi bizə ciddi təsir göstərdi”.

Baş məşqçi Şimali İrlandiya (0:1) və Malta (2:1) ilə matçlar barədə də danışıb:

“Şimali İrlandiya ilə oyunda yaxşı mübarizə apardıq, qol imkanlarımız oldu, amma dəyərləndirə bilmədik. Malta ilə matçda isə həm yorğunluq, həm də motivasiya problemi vardı. Bununla belə, geri düşdüyümüz halda oyunu çevirdik və qələbə qazandıq”.

Abdullayev komandanın ümumi çıxışını müsbət qiymətləndirib:

“Nəticə ürəkaçan olmasa da, futbolçuların mübarizəsindən razı qaldım. Bu heyətdə potensial var. Sadəcə, klublarla birlikdə daha sıx işləməyə ehtiyac duyulur”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR