son dəqiqə SON DƏQİQƏ
Murov Az Terminal” yeni hücumçu transfer etdi Avropa Çempionatı: Bu gün Bakıda C qrupunun daha 2 matçı keçiriləcək Belarus millisi ev oyunlarını Azərbaycanda keçirəcək? - Qurban Qurbanov bu göstərici üzrə dünya futbolunda U-20 Dünya Çempionatı: Daha altı güləşçimiz xalça üzərinə çıxacaq Toralın komandası məğlub olub "Ərzurumspor" evdə son çempiona uduzub, Nəriman Axundzadə isə... Millinin kapitanı: "Çox səhvlər etdik, boynumuza alırıq" Günün oyunları: MPL: "Şəfa" Qəbələ səfərində, "Zirə" "İmişli"ni qəbul edəcək - Premyer Liqa klublarının yay transferləri İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb “Əl-Hilal”dan ayrıldı “Barselona”dan “Braqa”ya Premyer Liqa klubundan 30 milyonluq transfer Avropa Çempionatına qələbə ilə start FİFA-dan Argentina millisinin futbolçularına ağır cəza Güləşçilərimiz dünya ikincisi oldular Millimiz Andorra ilə qarşılaşacaq Qadın voleybolçular arasında Avropa Çempionatının açılış mərasimi keçirilib İngiltərə millisinin üzvü “Arsenal”da Boksçularımız Avropa çempionatını 2 medalla başa vurub Millimiz 6 yığma ilə birgə toplanış keçir Livakoviç “Barselona”ya keçir? Yeni klubu bəlli oldu “Qalatasaray”da ayrılıq Taekvondoçularımızdan Qazaxıstanda 18 medal Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan Çempionatı keçirilib

“Bizə yaxşı mənada dərs oldu”

Bölmə adı Futbol
Yayımlandı 1-04-2025, 16:42

Avropa çempionatının əsas mərhələsində mübarizəni başa vuran 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin üzvü Ədalət Ələkbərov turniri dəyərləndirib.

Sport1.az xəbər verir ki, komandanın aktivində olan 5 qoldan 3-nün müəllifi olan hücumçu federasiyanın mətbuat xidmətinə açıqlama verib.

Futzalçı onlar üçün maraqlı turnir olduğunu söyləyib:

"Rəqiblərimiz də Avropada seçilən komandalar idi. Çalışdıq oyunlara tam motivasiya, məsuliyyətlə çıxaq. Ancaq təcrübəsizlik sözünü dedi. İlk oyuna çox uğursuz start verdik. Halbuki Bosniya və Herseqovinaya həmin hesabla uduzmağa layiq deyildik. Əvəzində toparlandıq, ertəsi gün qrupun əsas favoriti hesab edilən Xorvatiyaya qarşı daha yaxşı oynadıq. Görüş heç-heçə başa çatsa da, qələbə qazana bilərdik. Bəlkə də Bosniya və Herseqovinaya qarşı da belə mübarizə aparsaydıq, meydanı xalla tərk edə bilərdik. Görünür turnirin həyəcanı, erkən qol buraxmağımız fərqin böyüməsinə səbəb oldu. Son görüşümüz qardaş Türkiyə yığmasına qarşı oldu. Bu matç da kifayət qədər gərgin keçdi. Uduzsaq da, rəqib 3 xalı çətinliklə qazandı. Qrupun surpriz komandası idi. Türkiyə ilə oyunda qaçırdığım epizodları düzgün dəyərləndirə bilsəydim, qələbə qazanardıq. Yenə deyirəm, bu turnir bizə böyük təcrübə qazandırdı. Oyunlar göstərdi ki, istənilən rəqiblə oynamaq və yaxşı nəticə qazanmaq mümkündür".

O, mübarizəyə ilkin mərhələdən başladıqlarını xatırladıb:

"San Marinoda təşkil olunan qrup oyunlarında Kosovo favorit göstərilirdi. Ancaq biz onlara qalib gəlməklə əsas mərhələyə doğrü iri addım atmış olduq. Təəssüf ki, bu görüşdəki nəticə San Marino önünə bir qədər arxayın çıxmağımıza səbəb oldu. Hər şeyə rəğmən, ilk dəfə mərhələ adladıq, əsas mərhələdə isə ilk xalımızı qazandıq. Yaxşı tərəfdən də seçilə bilərdik, sadəcə ilk matçdakı həyəcan, oyuna tam köklənə bilməməyimiz mane oldu. Təbii ki, bunlar bizə yaxşı mənada dərs oldu. İndi çalışmalıyıq ki, özümüzü inkişaf etdirək, gələcəkdə əsas millinin heyətinə cəlb olunaq”.[b][/b]

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR