"Şəki" pley-offda, "Lənkəran" sonuncu oldu

Bölmə adı Basketbol
Yayımlandı 1-04-2025, 16:20

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - 20-ci turu başlayıb.

Sport1.az xəbər verir ki, ilk oyun günündə "Lənkəran" "Şəki"ni qəbul edib.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüşdə qonaqlar 107:78 hesablı qələbəyə seviniblər.

Yer aldığı B qrupunu 36 xalla ilk sırada başa vuran "Şəki" pley-offa yüksəlib. "Lənkəran" isə 23 xalla sonuncu olub.

Qeyd edək ki, tura aprelin 6-da yekun vurulacaq.

Müəllif: Sport1.az