Karyerasını İspaniyada davam etdirəcək

Bölmə adı İspaniya
Yayımlandı Dünən, 23:48

Almaniyanın “Bayer” klubu seneqallı müdafiəçisi Abdoulaye Fayeni İspaniya təmsilçisi “Selta”ya icarəyə göndərib.

Sport1.az xəbər verir ki, 21 yaşlı futbolçu 2026/27 mövsümünün sonunadək La Liqa klubunda çıxış edəcək.

İcarə müqaviləsində satınalma hüququ nəzərdə tutulmayıb.

“Bayer” Fayeni 2025-ci ilin yayında İsveçin “Hakken” klubundan transfer etmişdi. O, ötən mövsümü Fransanın “Loryan” komandasında icarədə keçirib.

Seneqallı mərkəz müdafiəçisi 2025/26 mövsümündə Liqa 1-də 17 oyunda meydana çıxıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR