Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb.
Sport1.az xəbər verir ki, öncə iyulda beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.
Ardınca nazir Fərid Qayıbov idmançıları yüksək göstəriciləri münasibətilə təbrik edib və onlara gələcək yarışlarda müvəffəqiyyət arzulayıb.
Görüş zamanı müxtəlif idman növləri üzrə idmançılar iştirak etdikləri beynəlxalq yarışlar və əldə etdikləri medallar barədə ətraflı məlumat veriblər.