Bernardu Silva: “Real”a “yox” demək mümkün deyildi”

Bölmə adı İspaniya
Yayımlandı Dünən, 23:25

Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardu Silva “Mançester Siti” ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi “Real”a qoşulub.

Sport1.az xəbər verir ki, 31 yaşlı futbolçu “kral klubu”na keçidi ilə bağlı fikirlərini bölüşüb:

“Real” variantı yarananda “yox” demək mümkün deyildi. Heç iki dəfə düşünmədim. Bu komandaya qarşı dəfələrlə oynamışam və klubun necə böyük olduğunu, “Santyaqo Bernabeu”nun necə möhtəşəm atmosferə malik olduğunu hiss etmişəm. Ailəmə yaxın olmaq, Portuqaliyadan uzaq düşməmək və oxşar mədəniyyətdə yaşamaq da qərarıma təsir etdi. Amma futbol tarixinin ən böyük klubunda oynamaq arzusunu gerçəkləşdirmək böyük imtiyazdır”.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR