
"Qalatasaray" "Bavariya"da çıxış edən sabiq müdafiəçisi Saşa Boeyi yenidən heyətinə qatmaq istəyir.
Sport1.az xəbər verir ki, Bundesliqa təmsilçisi qışda fransalı futbolçunu satmağı planlaşdırır.
25 yaşlı oyunçu üçün əsas namizədlərdən biri də onun sabiq klubudur.
Qeyd edək ki, Saşa bu mövsüm "Bavariya" forması ilə meydana çıxdığı 14 görüşdə bir məhsuldar ötürmə ilə yadda qalıb.