
Fransa millisinin və "Real Madrid"in forvardı Kilian Mbappe dünən baş tutan Ukrayna ilə (4:0) görüşdən sonra fikirlərini səsləndirib.
Sport1.az xəbər verir ki, 26 yaşlı hücumçu bunları söylədi:
"Real"da qələbə qazana bilmədinsə, hamı səndən danışacaq. Son 2 görüşü bərbad oynadıq. Lakin milli fasilədən sonra "Elçe" ilə görüşə hazır qayıdacağıq. Bu mövsüm titullar qazanmaq üçün birləşəcəyik".