
“Napoli”nin baş məşqçisi Antonio Konte yığmalar üçün ayrılan fasilə zamanı komandanın düşərgəsindən ayrılıb.
Sport1.az Sky Sport Italia-ya istinadən xəbər verir ki, buna səbəb A Seriyasının XI turunda “Bolonya”ya 0:2 hesabı ilə məğlubiyyətdən sonra mütəxəssisin əvvəlcədən planlaşdırdığı qısa iş fasiləsidir. Konte bir həftəlik istirahəti klub rəhbərliyi ilə öncədən razılaşdırıb və hazırda Turin şəhərindədir. Komandanı isə onun köməkçisi Kristian Stellini çalışdırır.
Qeyd edək ki, 11 turdan sonra “Napoli” 22 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb və lider “İnter”lə “Roma”dan cəmi 2 xal geri qalır.