son dəqiqə SON DƏQİQƏ
Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri

Xavi “Barselona”dakı uğursuzluğun səbəbini AÇIQLADI

Bölmə adı İspaniya
Yayımlandı 13-11-2025, 18:33

“Barselona”nın sabiq baş məşqçisi Xavi komandanın son dövrlərdə əvvəlki səviyyəni itirməsinin səbəbləri barədə danışıb.

Sport1.az xəbər verir ki, o, bildirib ki, klubda müəyyən mərhələdən sonra özü müəyyən etdiyi yüksək tələbləri davam etdirə bilməyib.

Xavi “Mundo Deportivo”ya açıqlamasında deyib:

“Barselona”da işə başlayanda oyunçulara və kluba çox yüksək standartlar qoymuşdum. Çünki komanda elə bir dövrdən keçirdi ki, demək olar, tələblər yox idi. Amma sonradan həmin standartları yalnız ilk il qoruduğumu anladım — La Liqanı və Superkuboku qazandığımız mövsümə qədər... Bir müddət sonra özümə sual verdim: “Axı mənə nə oldu?”. Tələblərimi azaltdım və bu, komandanın münasibətinə də təsir etdi. Eyni yanaşma, eyni intizam və eyni səy artıq yox idi. Standartlar tədricən enirdi və son mövsümdə heç bir titul qazana bilmədik. Bu, mənim üçün böyük dərs oldu. Özünü tənqid edə bilməlisən”.

45 yaşlı mütəxəssis 2021–2024-cü illər arasında “Barselona”nı çalışdırıb. Onun rəhbərliyi dövründə katalonlar La Liqanın və İspaniya Superkubokunun qalibi olublar.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR