
"Yuventus" "Roma"nın türkiyəli yarımmüdafiəçisi Zeki Çeliklə yaxından maraqlanır.
Sport1.az xəbər verir ki, Turin təmsilçisi mövsüm sonunda paytaxt klubu ilə müqaviləsi başa çatan 28 yaşlı futbolçunu transfer siyahısına əlavə edib.
Qeyd edək ki, Zeki Çelik 2022-ci ildən "Roma"nın şərəfini qoruyur.