
"Fənərbağça"nın mövsümün əvvəli "Vest Hem"dən icarəyə götürdüyü Edson Alvarezlə bağlı planı bəlli olub.
Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi meksikalı futbolçunun oyunundan razıdır.
Baş məşqçi Domeniko Tedesko oyunçunu birdəfəlik transferi üçün çalışacaq.
Edsonun satınalma qiyməti 22 milyon avro olsa da, "sarı-lacivərtlilər" bu qiyməti endirməyə çalışacaq.