
“Roma”nın hücumçusu Paulo Dibala karyerasını Argentinada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, argentinalı futbolçunun sözləşməsinin müddəti gələn yay başa çatacaq. Bu səbəbdən, o, Argentinaya qayıtmağa isti baxır.
31 yaşlı forvard 2022-ci ildən “Roma”nın formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 9 oyuna çıxaraq, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.