
"Atletiko"nun hücumçusu Julian Alvarez transfer şayiələrinə cavab verib.
Sport1.az xəbər verir ki, argentinalı hücumçu adının PSJ və "Barselona" ilə hallanmasına münasibət bildirib:
"Açığı nəsə deyə bilmərəm. Sosial mediada paylaşılanlara baxıram. İspaniyada adımın Kataloniya təmsilçisi ilə hallandığını çox görürəm. Hazırda komandamla uğurlar qazanmağa fokuslanmışam. Mövsümün sonu nə baş verəcəyini görərik".