
"Fənərbağça" "Atletiko"nun forvardı Aleksandr Sörlotu heyətinə qatmaq istəyir.
Sport1.az xəbər verir ki, İstanbul təmsilçisində Yusef En-Nesirinin ayrılıq ehtimalı və Con Duranın icarədə olması ilə hücumçu problemi yaranma ehtimalı yüksəkdir.
"Sarı-lacivərtlilər" norveçli hücumçunu əsas hədəf kimi görür.
Qeyd edək ki Sorlotun "Atletiko" ilə müqaviləsinin müddəti 2028-ci ildə başa çatır.