
La Liqanın 17-ci turunda “Vilyarreal” – “Barselona” oyununun Mayamidə baş tutmaması Kataloniya klubunun planlarını dəyişib.
Sport1.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Kataloniya təmsilçisi yaranan maliyyə itkisini qismən kompensasiya etmək məqsədilə Mərakeşdə yoldaşlıq oyunu keçirməyi nəzərdən keçirir.
Əvvəlcə görüşün Liviyada təşkili planlaşdırılsa da, təhlükəsizlik səbəblərinə görə ləğv edilib. Mərakeşdə planlaşdırılan oyun 2025-ci ilin sonunda baş tuta bilər.