
“İnter”in baş məşqçisi Kristian Kivu Çempionlar Liqasının Liqa mərhələsində “Kayrat” üzərindəki 2:1 hesablı qələbədən sonra futbolçularının laqeyd oyunundan narazı qalıb.
Sport1.az xəbər verir ki, rumıniyalı mütəxəssis paltardəyişmə otağında komandasına “təkəbbürlü və arxayın davranışa görə” irad bildirib və xəbərdarlıq edib ki, bu münasibətlə mövsümün hədəflərinə çatmaq mümkün deyil.
Kivu “İnter”in ötən mövsüm etdiyi səhvləri təkrarlamaması üçün futbolçularından daha ciddi oyun tələb edir.