Azərbaycan UEFA reytinqində xal ehtiyatını artıraraq Serbiyaya yaxınlaşıb. Sport1.az xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Çelsi” ilə heç-heçə etməsi (2:2) ilə mümkün olub.
25-ci pillədə qərarlaşan Azərbaycanın xalı 22.250-yə çatıb. 24-cü yerdəki Serbiyanın 22.375 xalı var. Sloveniya isə 21.718 xalla 26-cıdır.
UEFA reytinqində İngiltərə (100.227) ilk sıraradadır.