Azərbaycan UEFA reytinqində gerilədi

Bölmə adı Turnirlər
Yayımlandı 7-03-2025, 09:23

Avropa Liqası və Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Sport1.az xəbər verir ki, baş tutan 16 matçdan sonra UEFA reytinqi açıqlanıb.

Siyahıda bəzi dəyişikliklər olub. Bu, Azərbaycanın mövqeyinə də təsir edib. 2 pillə irəliləyən Sloveniya Bolqarıstan və Azərbaycanı keçib. Polşa isə İsveçrəni arxada qoyub.

Avropada təmsilçisi qalmayan Azərbaycanın hesabında 19,625 xal var. Ölkəmiz siyahıda 30-cudur. Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ başçılıq edən İngiltərənin 107,910 xalı var.

Müəllif: Sport1.az