son dəqiqə SON DƏQİQƏ

Bakı klubu 250-ci qolu buraxdı

Bölmə adı Premyer Liqa
Yayımlandı 19-05-2025, 10:10

“Sabah” Azərbaycan çempionatlarında 250-ci qolu buraxıb.

Sport1.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXV turuna təsadüf edib. “Zirə” ilə səfər matçında buraxılan top 250-ci olub. Bu qola Georgi Papunaşvili imza atıb.

250-ci qol 2018-ci ildə Premyer Liqada debüt edən “Sabah”ın 211-ci görüşünə təsadüf edib. Bunlardan 120-si evdə, 130-u səfərdə buraxılıb.

Qeyd edək ki, “Zirə” – “Sabah” matçı 1:1 hesabı ilə başa çatıb.

Müəllif: Sport1.az