Yayda "Beşiktaş"dan azad agent kimi ayrılan Aleks-Oksleyd Çemberlin köhnə klubu "Arsenal"a qayıdır. Sport1.az xəbər verir ki, ingiltərəli futbolçu formasını itirməmək üçün "topçular"ın 21 yaşlı heyəti ilə məşq edəcək.
Qeyd edək ki, 32 yaşlı oyunçu 2011-2017-ci illərdə "Arsenal"da çıxış edib.