son dəqiqə SON DƏQİQƏ
Dieqo Rosa "Qarabağ"da Günün oyunları: "Neftçi SOCAR" yarımfinalda Gəncədə Qərb derbisi, paytaxtda "Neftçi" "Zirə"yə qarşı "İmişli"dən çətin qələbə Qəbələdə qolsuz heç-heçə Premyer Liqa klublarının yay transferləri Güləşçilərimizdən Dünya Seriyasında 7 medal Fərid Namazov: “Məni narazı salan yeganə məqam…” Zaur Həşimov: “Komandamın oyunundan narazı qalmadım Millimizin üzvü oynadı, komandası qələbə qazandı MPL: Qəbələdə qolsuz sülh, “Şəfa” “İmişli”yə məğlub oldu Kaxaber Tsxadadze: “Çempionatda oyunların tempi artıb” Azər Bağırov: “Səhvlərimiz var” Super Liqada klubunu dəyişdi “Barselona”dan “Venesiya”ya AFFA-da 3 mühüm posta təyinat olub Coşqun Əliyev Deflimpiya çempionunu məğlub edərək “Masters Top 18”in qalibi olub “Şəfa” - “İmişli”: Premyer Liqada oynayan milli üzvü I Liqada çıxış edəcək "Şahdağ Qusar" və "Unico" arasındakı tərəfdaşlığa dair "Şəfa" ev oyunlarını bu stadionda keçirəcək "Neftçi"nin daha bir yetirməsi II Liqa klubunda forma geyinəcək Milli komandamız İstanbula yollanıb "Neftçi"nin sabiq üzvü "Şirvan"da "Sabah"ın "Napoli" ilə oyununun günü dəyişdirilə bilər "Sabah"ın Bakıda "Barselona" ilə görüşü bu tarixdə baş tutacaq "Sabah"ın Çempionlar Liqasındakı bütün qarşılaşmalarının

"Bu mövqedə alternativ həll yolları axtarırıq" - Dambrauskas

Bölmə adı Premyer Liqa
Yayımlandı 3-11-2025, 22:37

Misli Premyer Liqasının X turunda “Sabah” “Qəbələ” üzərində 1:0 hesablı qələbə qazanıb.

Sport1.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt klubunun baş məşqçisi Valdas Dambrauskas həm oyunu dəyərləndirib, həm də komandanın hazırkı durumu ilə bağlı fikirlərini bölüşüb.

“Qələbə münasibətilə azarkeşlərimizi və rəhbərliyi təbrik etmək istəyirəm. Çox çətin, ağır oyun oldu. Döyüşkən və mübariz komandaya qarşı oynadıq. “Qəbələ” hücum futboluna üstünlük verir, fərqli tərzdə çıxış edir. Sürətli oyunçuları var və irəlidə təhlükə yaratmağı bacarırlar. İlk hissədə çoxlu qol epizodları yaratdılar, biz isə istədiyimiz ritmi tapa bilmirdik. Çalışırdıq ki, rəqibi qapımızdan uzaq saxlayaq.

Bu gün mental olaraq çox işlədik və şadam ki, qapımızı toxunulmaz saxlaya bildik. Bəzən elə olur ki, üç xalı çox çətinliklə qazanırsan. Bu gün də məhz o cür qələbə oldu. Mövsüm hələ uzun davam edəcək, qarşıda çox oyun var. İkinci hissədəki performansdan razı qaldım. Bəzi hücumlarımızı daha düzgün tamamlaya bilərdik. Futbolçuları qələbə münasibətilə təbrik edirəm”.


Litvalı mütəxəssis həmçinin komandasındakı zədəli futbolçular barədə danışıb:

- Aleksey İsayevin durumu necədir?
- Aleksey üçün qayıdış asan olmadı. Daha çox istədik ki, oyunu son ötürmələrlə bağlasın. Uzun fasilədən sonra meydana çıxmaq onun üçün riskli idi, amma məşqlərdə çox istəklidir və tapşırıqları yerinə yetirdi.

- Şafrankonun zədəsi ciddi görünür. Qışda hücumçu transferi gündəmdədirmi?
- Hələ transfer planlarımız yoxdur. Hazırda diqqətimizi “Kəpəz”lə oyuna yönəltmişik. Yanvara qədər kifayət qədər vaxt var. Şafranko bu gün ikinci dəfə ata olub, onu təbrik edirəm. Dörd oyundur, onun xidmətindən yararlanmırıq və bu mövqedə alternativ həll yolları axtarırıq. Yanvarda vəziyyəti və komandanın balansını dəyərləndirəcəyik.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR