“Atletiko” İspaniya La Liqasının XI turunda “Sevilya”nı məğlub edib – 3:0. Sport1.az xəbər verir ki, görüşdə fərqlənən Antuan Qrizmann çempionatdakı 200-cü qolunu vurub.
Fransalı oyunçu La Liqada bu saya çatan 6-cı legioner olub.
İspaniya çempionatlarında ən çox qol vuran əcnəbi isə Lionel Messidir. O, “Barselona” ilə 474 qola imza atıb.