İspaniya / Çempionlar Liqası
12:48
2.11.2025
30
Dünən La Liqada oynanılan "Real Madrid" - "Valensiya" (4:0) görüşündə ilk hissədə zədələnərək meydanı tərk edən Arda Gülerin taleyi bəlli olub.
Sport1.az xəbər verir ki, türkiyəli futbolçu biləyi burxulduğu üçün əvəzlənmişdi.
Klub tərəfindən verilən açıqlamaya görə, Ardanın durumu yaxşıdır və Çempionlar Liqasında "Liverpul"a qarşı oynanılacaq görüşdə iştirak edə biləcək.