"Real Madrid"in müdafiəçisi Dani Karvahalın zədəsinin müddəti müəyyən oldu.
Sport1.az xəbər verir ki, "kral klubu"nun baş məşqçisi Xabi Alonso ispaniyalı futbolçunun ən azı 7-8 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.
Qeyd edək ki, Karvahal "el-klasiko" görüşündə zədələnərək meydanı tərk etmişdi.