"Barselona" "Qalatasaray"ın hücumçusu Viktor Osimhen ilə maraqlanır. Sport1.az xəbər verir ki, Levandovski ilə müqaviləni yeniləmək istəməyən Kataloniya təmsilçisi onun yerinə nigeriyalı hücumçunu gətirmək istəyir.
Qeyd edək ki, Osimhen bu mövsüm "Qalatasaray" forması ilə 9 oyuna çıxıb, 6 qolla yadda qalıb.