"Barselona"nın yarımmüdafiəçisi Pedri zədələnib.Sport1.az xəbər verir ki, ispaniyalı futbolçu ayaq əzələsində olan ağrılara görə klubla məşqlərə qoşula bilməyib.Həkim rəyindən sonra oyunçunun taleyinə aydınlıq gətiriləcək.