son dəqiqə SON DƏQİQƏ
Dieqo Rosa "Qarabağ"da Günün oyunları: "Neftçi SOCAR" yarımfinalda Gəncədə Qərb derbisi, paytaxtda "Neftçi" "Zirə"yə qarşı "İmişli"dən çətin qələbə Qəbələdə qolsuz heç-heçə Premyer Liqa klublarının yay transferləri Güləşçilərimizdən Dünya Seriyasında 7 medal Fərid Namazov: “Məni narazı salan yeganə məqam…” Zaur Həşimov: “Komandamın oyunundan narazı qalmadım Millimizin üzvü oynadı, komandası qələbə qazandı MPL: Qəbələdə qolsuz sülh, “Şəfa” “İmişli”yə məğlub oldu Kaxaber Tsxadadze: “Çempionatda oyunların tempi artıb” Azər Bağırov: “Səhvlərimiz var” Super Liqada klubunu dəyişdi “Barselona”dan “Venesiya”ya AFFA-da 3 mühüm posta təyinat olub Coşqun Əliyev Deflimpiya çempionunu məğlub edərək “Masters Top 18”in qalibi olub “Şəfa” - “İmişli”: Premyer Liqada oynayan milli üzvü I Liqada çıxış edəcək "Şahdağ Qusar" və "Unico" arasındakı tərəfdaşlığa dair "Şəfa" ev oyunlarını bu stadionda keçirəcək "Neftçi"nin daha bir yetirməsi II Liqa klubunda forma geyinəcək Milli komandamız İstanbula yollanıb "Neftçi"nin sabiq üzvü "Şirvan"da "Sabah"ın "Napoli" ilə oyununun günü dəyişdirilə bilər "Sabah"ın Bakıda "Barselona" ilə görüşü bu tarixdə baş tutacaq "Sabah"ın Çempionlar Liqasındakı bütün qarşılaşmalarının

"Qarabağ"a nəyə qadir olduğumuzu göstərdik" - "Şamaxı"nın futbolçusu

Bölmə adı Premyer Liqa
Yayımlandı 27-10-2025, 11:33

Misli Premyer Liqasının IX turunda "Şamaxı" "Qarabağ"ın qonağı oldu.

Qarşılaşmada qolsuz heç-heçə qeydə alındı.

Oyundan sonra Şamaxı təmsilçisinin yarımmüdafiəçisi Alfons Msanqa Sport1.az saytına müsahibə verdi...

- Görüş haqda düşüncələrin nələrdir?
- Yaxşı matç idi. Əla oynadıq. “Qarabağ” böyük komandadır. Həm UEFA Çempionlar Liqasında, həm də Premyer Liqamızda sərgilədikləri oyun göz qabağındadır. Lakin biz qarşılaşmaya yaxşı hazırlaşmışdıq. "Qarabağ"a nəyə qadir olduğumuzu göstərdik.

- Ötən oyun autsayder “Kəpəz”ə uduzmağınıza baxmayaraq, bu gün lider “Qarabağ”dan 1 xal aldınız. Bunu necə izah edə bilərsən?
- Futbolda bəzən belə şeylər olur. Həmin görüş qırmızı vərəqəmiz olduğu üçün istədiyimiz oyunu oynaya bilmədik. Rəqib komanda isə bu vəziyyətdən yararlanaraq bizi məğlubiyyətə uğratdı.

- Bu gün qazandığınız bir xal sizin motivasiyanıza necə təsir etdi?
- Turnir cədvəlinin liderindən bir xal aldıq. Bu bizi daha da ruhlandırdı

- Komanda ilə bu mövsüm hədəfiniz nədir?
- Oyunlara yaxşı hazırlaşıb, xallar almağa fokuslanmışıq. Nəticəsini sonda görəcəyik.

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR