"Roma"nın hücumçusu Artyem Dovbik "Roma"dan ayrılmaq istəyir.
Sport1.az xəbər verir ki, ukraynalı forvard bu mövsüm paytaxt təmsilçisində forma şansı tapmaqda çətinlik çəkir.
2024-cü ildə "Jirona"dan transfer edilən futbolçunun A Seriyası təmsilçisi ilə 2029-cu ilə qədər müqaviləsi var.
Qeyd edək ki, Artyem cari mövsüm "Roma" forması ilə meydana çıxdığı 9 matçda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.