Ohori "Neftçi"yə qol vurmaq istəyir - AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 25-10-2025, 14:50

Misli Premyer Liqasının IX turunda "Kəpəz" Qəbələdə "İmişli"yə uduzdu - 3:0

Görüşdən sonra Gəncə təmsilçisinin yarımmüdafiəçisi Rionosuke Ohori görüş haqda fikirlərini Sport1.az-a açıqladı:

"Oyuna normal başlamışdıq amma aldığımız qırmızı vərəqə bütün situasiyanı dəyişdi. Bundan sonra geridönüş edə bilmədik və qapımızda qollar gördük.

Yaponiyalı futbolçu qırmızı vərəqə epizodu haqda bunları düşünür:

"Orda oyundan kənar vəziyyət var idisə, qırmızı vərəqə verilməməli idi. Vəziyyəti biz də tam olaraq anlaya bilmədik. Hakimdən soruşduqda isə bizə cavab vermədi".


24 yaşlı oyunçu gələn turda oynanılacaq "Neftçi" ilə görüş haqda bu fikirləri səsləndirdi:

"Bu qarşılaşmanın mənim üçün xüsusi əhəmiyyəti olacaq. "Neftçi"dən ayrılmışam. Hazırda "Kəpəz"in formasını geyinirəm. Bu qarşılaşmada qol vurmaq, məhsuldar ötürmə etmək istəyirəm".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR