“Əl-Hilal”ın müdafiəçisi Kalidu Kulibali yenidən A Seriyasında çıxış edə bilər. Sport1.az xəbər verir ki, 34 yaşlı futbolçunu “Milan” heyətinə qatmaq istəyir.
Bildirilir ki, “rossonyerilər” seneqallı müdafiəçi üçün Səudiyyə Ərəbistanı klubuna qışda rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Kulibalinin “Əl-Hilal”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, daha əvvəl “Metz”, “Genk”, “Napoli” və “Çelsi” klublarında da çıxış edib.