"Liverpul"un sabiq baş məşqçisi Yürgen Klopp açıqlama verib.
Sport1.az xəbər verir ki, almaniyalı mütəxəssis mərhum futbolçu Dioqo Jotanın komanda ruhuna təsirindən danışıb:
"Onun kimi birini necə əvəz edə bilərsən? Söhbət təkcə oyunçuluğundan getmir. O, bir şəxsiyyət kimi komandanın ən çox sevilən üzvlərindən biri idi. Hamıyla arası yaxşı idi. Çox ağıllı komanda yoldaşı idi. "Liverpul"un geyinib-soyunma otağını onsuz təsəvvür edə bilmərəm".
Klopp həmçinin əlavə edib: "Dioqonu transfer etməyim üçün məni ən çox razı salmağa çalışan da Məhəmməd Salah idi.
Qeyd edək ki, Jota bu il iyulun 3-də avtomobil qəzasında dünyasını dəyişib.