Qərbi Midlend polisi israilli izləyicilərin Avropa Liqasında keçiriləcək “Aston Villa” – “Makkabi Təl-Əviv” qarşılaşmasına qatılmasını qadağan edib.
Sport1.az xəbər verir ki, polis qərarın ötən il “Makkabi” ilə “Ayaks” arasında baş tutan matç zamanı yaranan insidentlər və hazırkı təhlükəsizlik məlumatları əsasında verildiyini açıqlayıb.
Qeyd edək ki, görüş noyabrın 6-da Birmingemdə baş tutacaq.